"Neftçi" müqaviləsinin müddətini artırıb icarəyə verdi - RƏSMİ

16:06 - 27 Yanvar 2026

"Neftçi" Rza Cəfərovla müqavilənin müddətini 2027/28-ci illər mövsümünün sonunadək artırıb.

Sportal.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ardınca 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ” klubuna icarəyə verilib.

Qeyd edək ki, 2022/23-cü illər mövsümündən A komandanın şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.


Xəbər xətti