"Latsio"nun qapıçısı Kristos Mandas karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Bornmut" yunanıstanlı qolkiperi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı "əlcək sahibi" yaya qədər "albalılar"ın formasını geyinəcək.
Qeyd edək ki, "Latsio" Kristos Mandası 2023-cü ilin yayında "OFİ Krete"dən transfer edib. Yunanıstan millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
