"Mançester Yunayted"də ciddi itki - 10 həftə oynamayacaq

15:57 - 27 Yanvar 2026

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Patrik Dorqu sıradan çıxıb.

Danimarkalı futbolçu Premyer Liqanın 23-cü turunun "Arsenal"la matçında (3:2) bud əzələsindən zədə alıb. 21 yaşlı sol cinah müdafiəçisi təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Patrik Dorqunu 2025-ci ilin fevralında "Leççe"dən 30 milyon avroya transfer edib. Danimarka millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti