İngiltərənin "Bornmut" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vasko da Qama"dan Rayanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bornmut" braziliyalı forvard üçün onun klubuna 28,5 milyon avro təzminat ödəyib. 19 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Rayan "Vasko da Qama"nın yetirməsidir. Braziliya U-20 millisinin üzvü "qara köynəklər"in əsas komandasının heyətində meydana çıxdığı 99 rəsmi matçda 25 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
