İtaliya millisinin qapıçısı "Latsio"da - RƏSMİ

19:35 - 27 Yanvar 2026

İtalikyanın "Latsio" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər "qartallar" "Redcana"dan Edoardo Mottanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Latsio" İtaliya U-21 millisinin üzvü üçün onun klubuna 1,2 milyon avro təzminat ödəyib. 21 yaşlı qolkiperlə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Edoardo Motta "Yuventus"un yetirməsidir. Gənc "əlcək sahibi" 2024-cü ilin yayından "Redcana"da çıxış edir. O, cari mövsümdə B Seriyası təmsilçisinin heyətində 21 oyunda meydana çıxıb və qapısında 31 qol görüb.

Xəbər xətti