"Liverpul"un müdafiəçisi Ceremi Frimponq UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, niderlandlı futbolçu 1/8 finala yüksəlmək üçün qələbənin vaaccib olduğunu deyib:
"Çempionlar Liqası bizim üçün əsas hədəfdir. Bəzən meydanda işlər istədiyimiz kimi getməsə də, hər matçda sonadək mübarizə aparırıq. Turnir cədvəlindəki mövqeyimiz qənaətbəxşdir. Sabahkı qələbə bizi birbaşa 1/8 finala daşıyacaq."
Frimponq "Bayer"də çıxış etdiyi zaman "Qarabağ"la keçirdikləri oyunları yada salıb. 25 yaşlı sağ cinah müdafiəçisi Azərbaycan təmsilçisinin Çempionlar Liqasında komanda olduğunu bildirib:
"Gərgin oyunlar idi. Rəqib hesabda 2:0 və ya 3:0 bizdən üstün gedirdi, amma geri dönüş edə bildik. Ona görə də onların nə qədər güclü olduğunu bilirəm. “Qarabağ” həqiqətən Çempionlar Liqası səviyyəsindədir. Asan matç olmayacaq. Hazırlıqlı olmalıyıq".
saytlarin hazirlanmasi
