"Liverpul"un iki müdafiəçisi "Qarabağ"a qarşı oynamayacaq

20:28 - 27 Yanvar 2026

"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Qarabağ"la matçınaa ciddi itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, İngiltərə çempionunun müdafiəçiləri Co Qomeslə İbrahima Konate komandaya kömək edə bilməyəcək. Bu barədə baş məşqi Arne Slot məlumat verib.

Qomes Premyer Liqanın 23-cü turunun "Bornmut"la matçında (2:3) zədələnib. Konatenin isə atası dünyasını dəyişib. Buna görə də baş məşqçi fransalı futbolçuya icazə verib.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti