"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turu çərçivəsində öz meydanında "Qarabağ"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, İngiltərə çempionunun baş məşqçisi Arne Slot matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. Niderlandlı mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını bildirib:
"Çempionlar Liqasının Liqa mərhələsini ilk "dördlük"də bitirməyi planlaşdırırıq. "Qarabağ"a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim".
Slot "Qarabağ"ın asanlıqla məğlub edilə biləcək rəqib olmadığını deyib:
"Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. "Qarabağ" bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
