"Qarabağ" tarix yazaraq Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi - YENİLƏNİB

01:53 - 29 Yanvar 2026

"Qarabağ" bu gün gecə UEFA Çempionlar Liqasının 8-ci turunda "Liverpul" önünə çıxıb.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə "Liverpul"a 0:6 hesabı ilə uduzsa da, turnir cədvəlində ilk 24-lüyə düşməyi bacarıb. 22-ci sırada liqa mərhələsini yekunlaşdıran təmsilçimi pley-off mərhələsinə vəsiqə qazanaraq tarix yazmağı bacarıb.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi,

8-ci tur

00:00 "Liverpul" - "Qarabağ" 6:0

Qol: A.Makallister,15, 62, F.Virts,21, M.Salah, 50, H.Ekitike,57, F.Kyeza,90

Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç

VAR: Pol van Boekel

AVAR: Yan Boterberq

"Enfild" stadionu, Liverpul, İngiltərə.

Xəbər xətti