"Beşiktaş" Norveçdən yarımmüdafiəçi gətirir

20:23 - 28 Yanvar 2026

"Tromsö"nün yarımmüdafiəçisi Yens Hyertö-Dal karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Beşiktaş" norveçli futbolçunun keçidini həll edib. Bu barədə "Foot Mercato" məlumat yayıb.

Norveç klubu İstanbul nəhənginin 8+1 milyon avroluq təklifini qəbul edib. 20 yaşlı oyunçunun tezlikdə Türkiyəyə gedərək "Beşiktaş"la müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Yens Hyertö-Dal "Tromsö"nün yetirməsidir. Gənc futbolçu əsas komandanın heyətində meydana çıxdığı 87 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti