"Sumqayıt"ın futbolçularına oyun qaydaları ilə bağlı seminar keçirildi - FOTOLAR

21:16 - 28 Yanvar 2026

AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Orxan Məmmədovun iştirakı ilə “Sumqayıt”ın oğlanlardan və qızlardan ibarət əsas komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun konfrans zalında baş tutan tədbirdə komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.


Xəbər xətti