"Real"ın baş məşqçisi Alvaro Arbeloa start heyətinin seçimi barədə yanaşmasını açıqlayıb.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Çempionlar Liqasının "Mançester Siti" ilə cavab oyunu öncəsi mətbuat konfransında bu barədə danışıb:
“Düşünmürəm ki, mənim üçün xüsusi qorunan oyunçular var. Valverde və Vinisius kimi oyunçular öz oyun vaxtlarını haqq ediblər. Siz bunu özü də görə bilərsiniz, hər oyunçu öz dəqiqələrini qazanır.
Gənc yetirmələrimiz çox yüksək səviyyədə çıxış edirlər, çox yaxşı oynayırlar, çünki bunu bacarırlar. Onlar çox istedadlı futbolçulardır. Məqsədim həmişə ən yaxşı 11 oyunçunu meydana çıxarmaqdır."
saytlarin hazirlanmasi
