"Əl-İttihad" hücumçusu Karim Benzema komandası üçün oynamamağa qərar verib.
Sportal.az xəbər verir ki, 38 yaşlı hücumçu klubun yeni müqavilə təklifindən narazıdır və rəhbərliyə bildirib ki, növbəti matç olan "Əl-Fateh" ilə görüşdə iştirak etməyəcək. Benzemanın "Əl-İttihad" ilə mövcud müqaviləsi 30 iyun tarixinədək qüvvədədir.
Qeyd edək ki, cari mövsümdə Benzema Səudiyyə Ərəbistanı çempionatında 14 oyunda 8 qol vurub.
saytlarin hazirlanmasi
