“Turan-Tovuz”un baş məşqçisi Kurban Berdiyev tanınmış rusiyalı məşqçi Boris İqnatyevin vəfatı ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan təcrübəli məşqçi İqnatyev haqda bunları deyib:
"İqnatyevin vəfatı Rusiya futbolu və ailəsi üçün böyük itkidir. Biz uzun müddət idi ki, dostluq edirdik. Boris ən səmimi insanlardan biri idi. Onun insani keyfiyyətləri haqqında çox şey demək olar. O, gözəl ailə başçısı, ata və dost idi. Gənc futbolçuların inkişafına böyük töhfələr verib. Boris İqnatyev futbola onlarla peşəkar oyunçu qazandırıb. Biz gözəl qəlbli əla məşqçi və dost itirdik".
Qeyd edək ki, Boris İqnatyev Rusiya millisini çalışdırıb, “Şandon Lunenq”, “Saturn”, “Dinamo”(Kiyev), “Dinamo”(Moskva), “Torpedo”(Moskva) klublarında işləyib. O, 85 yaşında dünyasını dəyişib.

