"Şamaxı" "Sabah"ın müdafiəçisini icarəyə götürdü - RƏSMİ

19:18 - 28 Yanvar 2026

“Şamaxı” qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi “Sabah”dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı sağ cinah müdafiəçisi cari mövsümün sonuna qədər "Şamaxı"da çıxış edəcək.

Qeyd edək ki, Abdulla Rzayev mövsümün birinci yarısında icarə əsasında "Turan Tovuz"un formasını geyinib.


Xəbər xətti