"Əl-Əhli"nin yarımmüdafiəçisi Frank Kessye İtaliya A Seriyasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "İnter" Fil Dişi Sahili millisinin üzvünü heyətinə qatmaq istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Neradzurri" klubu ilə 6 aylıq müqaviləsi qalan Kessyeni yayda azad agent statusu ilə rənglərinə bağlamağı planlaşdırır. "İnter" artıq 29 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Əl-Əhli" Frank Kessyeni 2023-cü ilin yayında "Barselona"dan 12,5 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl İtaliyada "Atalanta", "Çezena" və "Milan"ın formasını geyinib.
saytlarin hazirlanmasi
