"Çelsi" 18 yaşlı yarımmüdafiəçini geri çağıracaq, amma...

00:13 - 29 Yanvar 2026

"River Pleyt" 18 yaşlı yarımmüdafiəçi Kendri Paesi "Çelsi"dən icarə əsasında komandaya gətirilməsi barədə razılığa gəlib.

Sportal.az xəbər verir ki, London klubu Paesi "Strasburq"dakı icarədən geri çağırır. Ekvadorlu futbolçu tibbi müayinədən keçmək üçün Buenos-Ayresə yola düşəcək.

İcarə bir mövsüm üçün nəzərdə tutulub.

Paes keçən ilin yayında "İndependiente del Valle"dən "Çelsi"yə transfer olunub və hələ İngiltərə klubunda bir dəqiqə də oynamayıb.

Xəbər xətti