"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Liverpul"la qarşılaşıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Mersisayd klubuna 0:6 hesabı ilə uduzub.
Məğlubiyyətə baxmayaraq, "Qarabağ" Azərbaycan futbol tarixində ilkə imza atıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇL-də pley-off mərhələsinə vəsiqə qazanıb.
"Liverpul" - "Qarabağ" 6:0
Qollar:Makallister 15, 62, Virts,21, Salah, 50, Ekitike,57, Kyeza,90
