Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblər barədə danışan PSJ-nin baş məşqçisi Luis Enrike “Qarabağ”la qarşılaşmaq istədiklərini bildirib.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan ispan mütəxəssis
"Əgər pley-offa çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, o da bizik. Həm “Monako”, həm də "Qarabağ"la qarşılaşmağa hazırıq. Görəcəyik. Ümid edirəm ki, bu, Fransa komandası olmayacaq. Çünki fransızlara qarşı oynamaqdan bezmişik. Başqa ölkəyə gedib "Qarabağ"la oynamaq daha yaxşıdır. Çətin səfər oyunlarına öyrəşmişik".
Xatırladaq ki, Azərbaycan çempionu pley-off mərhələsində ya PSJ, ya da “Nyukasl”la qarşılaşacaq. Püşkatma sabah keçiriləcək.
saytlarin hazirlanmasi
