“Qarabağ”ın kapitanı Abdullah Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda "Liverpul"a (6:0 ) qarşı keçirilmiş görüş və pley-off mərhələsinə yüksəlmələri ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq hava limanında jurnalistlərə danışan fransalı bunları deyib:
"Təəssüf ki, əsas mərhələdəki son oyunumuzda "Liverpul"a 6:0 hesabı ilə uduzduq. Amma ümumilikdə çıxışımızdan məmnunuq. İrəlilədiyimiz üçün xoşbəxtik. İndi bütün düşüncələrimiz pley-offa yönələcək. Ümid edirəm ki, daha yaxşı oynayacağıq və irəliləyə biləcəyik. Növbəti rəqibimizə gəldikdə isə, bir fransız olaraq PSJ ilə qarşılaşmaq istərdim. Dünyanın ən yaxşı oyunçularına qarşı oynamaq həmişə həyəcanlıdır. "Nyukasl" və PSJ arasında seçim etməli olsaydım, ikincisini seçərdim".
