"Qarabağ"la oyunda zədələnən müdafiəçi 3 ay oynamayacaq

15:59 - 29 Yanvar 2026

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Qarabağ"la oyununda zədələnən Ceremi Frimponqun durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Liverpul"un müdafiəçisinin ayaq əzələssində 3-cü dərəcəli yırtıq aşkarlanıb. Bu barədə İngiltərə mətbuatı möəlumat yayıb.

Matçın 4-cü dəqiqəsində zədələnən niderlandlı futbolçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Liverpul" Ceremi Frimponqu mövsümün əvvəlində "Bayer"dən 40 milyon avroya transfer edib. 25 yaşlı sağ cinah müdafiəçisi Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti