İnsinye Seriya B klubunda

22:57 - 30 Yanvar 2026

Lorenzo İnsinye 10 ildən artıq əvvəl çıxış etdiyi kluba qayıdıb.

Sportal.az xəbər verir ki, yaydan bəri azad agent statusunda olan vinger İtaliyanın ikinci liqasında sonuncu yerdə qərarlaşan "Peskara"ya qoşulub.

34 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək, 2011/12 mövsümündə komandada icarə əsasında oynadığı vaxt da eyni nömrə ilə çıxış edirdi.


Xəbər xətti