"Ayntraxt" Albert Rieranın baş məşqçi təyin olunduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bu vəzifədə Dino Toppmölleri əvəzləyib və Frankfurt klubu ilə 30 iyun 2028-ci ilədək müqavilə imzalayıb. Riera bazar ertəsi "Ayntraxt"da işinə başlayacaq.
Bazar günü, fevralın 1-də Riera Sloveniya çempionatında "Maribor"la oyunda "Çelye"nin baş məşqçisi kimi son matçına çıxacaq. Cari mövsümdə komanda ən yaxın izləyicisini 12 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.
saytlarin hazirlanmasi
