ABŞ millisinin üzvü La Liqa klubunda

11:07 - 31 Yanvar 2026

İspaniyanın "Vilyarreal" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Orlando"dan Aleks Frimanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vilyarreal" ABŞ millisinin üzvü üçün onun klubunaa 3,5 milyon avro təzminat ödəyib. 21 yaşlı sağ cinah müdafiəçisi ilə 2032-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Aleks Friman "Orlando"nun heyətində meydana çıxdığı 113 rəsmi matçda 18 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti