"Qarabağ"ın oyununun biletləri satışa çıxır

16:33 - 30 Yanvar 2026

Missli Premyer Liqasının XVIII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Turan Tovuz" ilə oyununun biletləri bu gün saat 17:00-dan etibarən satışda olacaq.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 17:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.


Xəbər xətti