Bu gün Misli Premyer Liqasında 18-ci tura start verilib.
Sportal.az xəbər verir ki, günün ilk görüşü Yevlaxda keçirilib. Burada "Sumqayıt" "Karvan-Yevlax"a qalib gəlib.
"Qəbələ" isə "İmişli"nin qonaq edib. Qarşılaşma "qırmızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
XVIII tur
30 yanvar
14:30 "Karvan-Yevlax" – "Sumqayıt" 0:2
Qollar: Aleksa Yankoviç 20, Ronaldo Vazkez 33
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu
17:00 "Qəbələ" – "İmişli" 3:2 (ikinci hissə)
Qollar: Domi Massumo 38, 45+1, 88 - Dioqo Almeyda, 7, 61
Baş hakim: Əliyar Ağayev
Qəbələ şəhər stadionu
