Mikel Arteta Premyer Liqa oyunları üçün heyətin 20 nəfərdən 23 nəfərə qədər genişləndirilməsini istəyir, Çempionlar Liqasındakı kimi.
Sportal.az xəbər verir ki, «Arsenal»ın baş məşqçisi öz açıqlamasında maraqlı məqamlara toxunub:
"Hazırda iki-üç futbolçu məcburən heyətdən kənarda qalır. Reallıq budur və mən bunu dəyişə bilmirəm. Müəyyən qaydalar var. Ümid edirəm ki, növbəti mövsümdən etibarən 18 meydan oyunçusu əvəzinə 20 nəfər sifariş etmək mümkün olacaq.
Yalvarıram, bunu Çempionlar Liqasındakı kimi etsinlər, çünki bu, heyəti daha yaxşı idarə etməyə, futbolçuların dəyərini və psixoloji sağlamlığını qorumağa imkan verir, axı heç kim siyahıdan kənarda qalmaq istəmir. Xahiş edirəm, bu məsələdə bizə kömək etsinlər. Otellər, səfərlər məsələsini biz həll edərik. Bu, hamımız üçün çox böyük kömək olardı. Kimisə kənarda saxlamaq ən pis haldır."
saytlarin hazirlanmasi
