"Şamaxı" braziliyalı futbolçu ilə yollarını ayırdı - RƏSMİ

21:50 - 30 Yanvar 2026

"Şamaxı" Antonio Lara ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Antonio Lara mövsümün əvvəlindən "Şamaxı"da çıxış edirdi. 27 yaşlı müdafiəçi bölgə təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti