"Çelsi" İngiltərə millisinin sabiq üzvü ilə yollarını ayırdı - RƏSMİ

20:52 - 28 Yanvar 2026

"Çelsi" Rahim Sterlinqlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli vingerlə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Çelsi" Rahim Sterlinqi 2022-ci ilin yayında "Mançester Siti"dən 56 milyon avroya transfer etmişdi. İngiltərə millisinin sabiq üzvü olan 31 yaşlı futbolçu bu mövsüm "mavilər"in heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

Xəbər xətti