"Liverpul"un yarımmüdafiəçisi "İnter"in hədəfində

11:49 - 31 Yanvar 2026

"Liverpul"un futbolçusu Körtis Cons karryerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Milan təmsilçisi 25 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürmək istəyir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Körtis Cons "Liverpul"un yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti