"Neftçi"də oyun intizamı yaxşılaşıb, lakin hələlik böyük fərq görmürəm"

14:22 - 1 Fevral 2026

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Ağayev Sportal.az saytına açıqlama verib.

O, “ağ-qaralar”ın yeni baş məşqçisi Yuriy Vernidubun fəaliyyətini dəyərləndirib: "Yuri Vernidub işə hələ yeni başlayıb. İndidən nəsə demək olmur, onun zamana ehtiyacı var. Qış fasiləsindən qabaq iki oyun oynadılar, ötən həftə isə “Zirə” ilə heç-heçə(0:0) qaldılar. Sizə deyim ki, diqqətimi çəkən məqam oldu. Sanki “Neftçi”də oyun intizamı yaxşılaşıb, düzəlib. Lakin hələlik böyük fərq görmürəm. Hər halda, Vernidub üç oyundur ki, komandanı çalışdırır. “Zirə” ilə matçda mübarizə başqa cür idi. Vernidub da sehrbaz deyil ki, zamana ehtiyacı var".

Ağayev komandanın hücumçusu Vensan Abubakarın gözləntiləri qarşılamamasının səbəbini bu cür şərh edib:

"Abubakarın 34 yaşı var. Robert Levandovski, Kriştiano Ronaldo kimi yaşlı hücumçular var, onlar indi də yüksək səviyyədə çıxış edir. Ola bilsin ki, Abubakarın idman forması yaxşı deyil. Hər halda, yaxşı olsaydı, Türkiyə klublarında qalardı da. Hər şey özündən asılıdır, yaxşı çıxış etmək istəyirsə, daha çox məşq etməli, fiziki durumunu normallaşdırmalıdır. Amma onun yaxşı formada olmadığı dərhal görünür. Messi, Ronaldonun neçə yaşı var, hansı səviyyədə oynayırlar. Çünki özlərinə fikir verirlər, fiziki durumları yaxşıdır".

Mirbağırağa
 

Xəbər xətti