İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün lider "Arsenal" səfərdə "Lids Yunayted"in qonağı olub. Qarşılaşma London təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 53-ə yüksəldən "Arsenal" liderliyini davam etdirir. 26 xalı olan "Lids Yunayted" isə 16-cı yerdədir.
"Lids Yunayted" - "Arsenal" 0:4
Qollar: Martin Subimendi, 27, Karl Darlov, 38 (avtoqol), Viktor Dyökereş, 69, Qabriel Jezus, 86
