Kerrik Amorimin ən yaxşı seriyasını təkrarladı

22:47 - 1 Fevral 2026

Maykl Kerrik “Mançester Yunayted”in baş məşqçisi postunda Ruben Amorimin Premyer Liqadakı ən uzun qələbə seriyasını təkrarlayıb.

Sportal.az xəbər verir ki, onun rəhbərliyi altında "mankunianlar" 3 oyunun hamısında qələbə qazanıblar. Bu gün isə 94-cü dəqiqədə qol vuraraq “Fulhem”i 3:2 hesabı ilə məğlub ediblər.

“Qırmızı şeytanlar” Premyer Liqada artıq 7 oyundur ardıcıl məğlub olmur. Bu, komandanın 2022-ci ilin fevralından bəri, Ralf Rangnikin rəhbərliyi dövründən sonra ilk belə göstəricisidir. Komandanın hesabında 4 qələbə və 3 heç-heçə var.

Bu, hazırda liqadakı bütün komandalar arasında ən uzun davam edən məğlubiyyətsiz seriyadır.

Xəbər xətti