“İnter”in sabiq hücumçusu Mauro İkardi “Yuventus”a keçə bilər.
Sportal.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, hücumçu axtarışında olan Turin klubu hazırda “Tottenhem”də çıxış edən Randal Kolo-Muanini geri qaytara bilər. Lakin Canluka Di Marzionun məlumatına görə, fransız futbolçu ilə bağlı heç bir təklif edilməyib.
Bunun əvəzində “Yuventus” İkardini “Qalatasaray”dan transfer etməyə çalışır. “Byankoneri”nin baş məşqçisi Luçano Spalletti Mauro ilə “İnter”də işləyib və onu yüksək qiymətləndirir. 32 yaşlı argentinalının mövcud müqaviləsi mövsümün sonunadək qüvvədədir. “Yuventus” futbolçuya 1,5 illik müqavilə təklif edir.
Qeyd edək ki, İkardi bu mövsüm Türkiyə çempionatında 18 oyunda 9 qol vurub.
saytlarin hazirlanmasi
