"Fənərbaxça"nın müdafiəçisi Super Liqada klubunu dəyişdi - RƏSMİ

14:21 - 31 Yanvar 2026

"Eyüpspor" "Fənərbaxça"dan icarəyə götürdüyü Emir Ortakayanı göndərib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi türkiyəli müdafiəçini başqa kluba icarəyə verib.

Emir mövsümün ikinci yarısında "Rizespor"un formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Emir Ortakaya 2025-ci ilin iyulundan "Eyüpspor"da çıxış edirdi. 21 yaşlı mərkəz müdafiəçisi Super Liqa təmsilçisinin heyətində 10 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti