"Real" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı - VİDEO

19:45 - 1 Fevral 2026

İspaniya La Liqasında XXII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, doğma meydanda "Rayo Valyekano" ilə qarşılaşan Madrid "Real"ı son dəqiqələrdə vurduğu penalti qolu ilə 2:1 hesablı qələbə qazanmağı bacarıb.

Qeyd edək ki, lider "Barselona"dan 1 xal geri qalan "Real" 54 xalla 2-ci, "Rayo Valyekano" isə 22 xalla 17-ci pillədə qərarlaşıb.

İspaniya La Liqası

XXII tur

"Real" - "Rayo Valyekano" 2:1

Qollar: J.Vinisius, 15, Mbappe, 90+10, - J.Frutos, 49

Xəbər xətti