"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"la baş tutan matçdan (1:0) sonrakı mətbuat konfransında yeni transferlə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, Kiprin “AEK Larnaka” klubundan Jeremi Qnalini heyətinə qatmağa yaxın olan Ağdam klubunun baş məşqçisi oyunçunun Bakıya gəlməsini gözlədiklərini bildirib.
"Yeni oyunçu gətirmək üçün hansısa futbolçunu çıxarmalıyıq, çünki limit var. Amma, belə bir məlumat var ki, Qanali Bakıya gəlməlidir. Hələlik rəhbərliklə bu barədə ətraflı danışmamışam". - deyə Qurbanov bildirib.
saytlarin hazirlanmasi
