Nigeriyalı futbolçu "Atletiko"da - RƏSMİ

22:09 - 2 Fevral 2026

Ademola Lukman “Atletiko”nun futbolçusu olub.

Sportal.az xəbər verir ki, Madrid klubu 28 yaşlı “Atalanta” hücumçusunun transferini elan edib. Tərəflər 2030-cu ilin iyun ayına qədər müqavilə imzalayıblar.

Daha əvvəl bildirilmişdi ki, keçidin məbləği 35 milyon avro təşkil edir, həmçinin 5 milyon avro həcmində bonus ödənişləri də nəzərdə tutulub.

Qeyd edək ki, cari A Seriyası mövsümündə nigeriyalı futbolçu 12 oyunda 2 qol vurub.

Xəbər xətti