Azərbaycan çempionatları tarixində milliləşənlər də daxil olmaqla het-trik edən legioner futbolçuların sayı 50-yə çatıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, Premyer Liqanın XVIII turu mövsümün ikinci het-triki ilə əlamətdar olub. "Qəbələ"nin futbolçusu Domi Massumo "İmişli" ilə ev oyununda (3:2) qol vurub.
Konqoluya qədər Toral Bayramov fərqlənib. "Qarabağ"ın futbolçusu V turun "Araz-Naxçıvan"la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb. Domi Premyer Liqa tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.
Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə "Zirə"də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, "Kəpəz"in formasını geyindiyi 1997/1998 mövsümündə 2 het-trik müəllifi olub.
saytlarin hazirlanmasi
