"İnanıram ki, Montiel mövsümün qalan hissəsində "Qarabağ"ın ən vacib oyunçularından olacaq"

15:22 - 1 Fevral 2026

"Joni Montiel hazırda yaxşı formadadır. Onun bu cür performans göstərəcəyi gözlənilirdi. Çünki o, İspaniya La Liqasında da oynamış biridir. Əvvəldən demişdim ki, Joninin uyğunlaşma dövrünə ehtiyacı var. Çünki o, bir müddət oynamamışdı, yeni komanda yoldaşlarına öyrəşməli idi, İspaniyadan xaricə ilk transferini yaşayırdı.  Amma mən həmişə onun səviyyəsinə əmin idim və bilirdim ki, daha çox dəqiqələr və oyunlarla daha da inkişaf edəcək. İndi Montiel çox yaxşı vəziyyətdədir və inanıram ki, o, mövsümün qalan hissəsində "Qarabağ"ın ən vacib oyunçularından biri olacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında vaxtı ilə Azərbaycanda legioner həyatı yaşamış, indi isə futbolçu meneceri kimi fəaliyyət göstərən, Azərbaycan klubları ilə də əməkdaşlıq edən Mikel Alvaro Salazar deyib.

Alvaro, “Qarabağ”ın ispan futbolçusu Montielin daha da yaxşı performans göstərəcəyinə əmin olduğunu bildirib: "Montiel cərimə meydançasına yaxın oynayanda çox qətiyyətli ola bilən oyunçudur - son ötürmə üçün əla görmə və topa inanılmaz zərbə endirmə qabiliyyətinə malikdir. Bunu da meydanda olanda göstərir. Ümid edirəm ki, yoxlama görüşündə “Neftçi”yə(Fərqanə) vurduğu qoldan birini də Çempionlar Liqasında təkrar edəcək".

Mirbağırağa

Xəbər xətti