"Nitsa"nın yarımmüdafiəçisi Hiçam Budaui karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" əlcəzairli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
İstanbul nəhəngi Budaui üçün Fransa klubuna 15 milyon avroluq təklif göndərib. "Sarı-qırmızılaar" 26 yaşlı oyunçunun özü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, "Nitsa" Hiçam Budauini 2019-cu ilin yayında ölkəsinin "Paradu" klubundan 4 milyon avroya transfer edib. Əlcəzair millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
