"Mingəçevir" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Elçin Mustafayevlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı sağ cinah müdafiəçisi ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Elçin Mustafayevin son klubu "Araz-Naxçıvan" olub.
saytlarin hazirlanmasi
