İspaniya millisinin üzvü "Roma"da

21:48 - 2 Fevral 2026

"Roma" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Bavariya"dan Brayan Saraqosanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin üzvü mövsümün sonuna kimi "canavarlar"ın formasını geyinəcək.

Qeyd edək ki, "Bavariya" Brayan Saraqosanı 2024-cü ilin fevralında "Qranada"dan transfer edib. 24 yaşlı vinger bu mövsüm birinci yarısını "Selta"da keçirib. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti