"Yuventus" heyətini fransalı müdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, “qoca sinyora” “Çelsi”nin müdafiəçisi Aksel Disasi ilə danışıq aparır.
Hazırda “Vest Hem”də icarə əsasında çıxış edən müdafiəçisi Turinə yollanmağa müsbət yanaşır. “Çelsi” onun üçün 20 milyon avro tələb edəcək.
Mövsümün sonunda transferin reallaşacağı gözlənilir.
Disasi “Reyms”, “Monako”, “Aston Villa” klublarında çıxış edib.
saytlarin hazirlanmasi
