"Mançester Siti"dən Çempionşip klubuna

18:56 - 3 Fevral 2026

"Mançester Siti"nin futbolçusu Divine Mukasa karyerasını Çempionşipdə davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Lester Siti" ingiltərəli hücumameyilli yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə U-19 milli komandasının üzvü mövsümün sonunadək "tülkülər"in uğurları üçün tər tökəcək.

Qeyd edək ki, "Mançester Siti" Divine Mukasanı 2022-ci ilin yayında "Vest Hem"in akademiyasından transfer edib. 18 yaşlı futbolçu bu mövsüm "şəhərlilər"in əsas komandasının heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti