"Əl-İttihad" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az Səudiyyə Ərəbistanı təmsilçisi "Fənərbaxça"dan Yussef En-Nesirini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ərəblər mərakeşli forvard üçün Türkiyə klubuna 15 milyon avro təzminat ödəyib. 28 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini 2024-cü ilin yayında "Sevilya"dan 19,5 milyon avroya transfer etmişdi. Mərakeş millisinin üzvü bu mövsüm İstanbul nəhənginin heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
