Türkiyə Super Liqasında baş məşqçi istefası

21:02 - 4 Fevral 2026

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Konyaspor" Çağdaş Atanla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Çağdaş Atan 2025-ci ilin noyabr ayında "Konyaspor"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. "Ağ-yaşıllar" Super Liqada 20 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər xətti