"Əl-Hilal" mövsümün sonunda müqaviləsi başa çatan Ruben Neveşlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Portuqaliya millisinin üzvü ilə yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Vulverhempton" Ruben Neveşi 2023-cü ilin yayında "Vulverhempton"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
