Azərbaycanın iddialı klubu yeni hücumçunu sıralarına qatdı - SON DƏQİQƏ

21:43 - 3 Fevral 2026

18 turdan sonra Premyer Liqada turnir cədvəlinə başçılıq edən "Sabah" "transfer pəncərəsi"nin bağlanmasına az qalmış növbəti oyunçu ilə anlaşıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Orpe Mbina artıq Masazır təmsilçisinin yeni simasıdır.

O, qabonludur və 25 yaşı var. 2023-cü ildən etibarən ölkəsinin əsas millisinə dəvət alan forvard hazırda Bakıdadır.

1.78 sm boya malik ön xətt oyunçusu müqavilə ilə "Maribor"a məxsusdur.

2024-cü ildən Sloveniya klubuna aid olan Mbina son 1 ili Portuqaliyada keçirib, "Uniao de Leyria"nın formasını geyinib.

Futbolda ilk addımlarını yerli "Stade Mandji"də atan hücumçu 2019-cu ildə Fransaya yollanıb, "US Kolomyers II" ilə münasibətlərini rəsmiləşdirib.

Növbəti illərdə "Bezyers", "Qoenobl", "Beauvays", "Kamalyères" və "Nîmes"in uğurları üçün tər töküb.

Xəbər xətti