"Monako" rəhbərliyi Pol Poqbanın nə vaxt matçlarda iştirak edə biləcəyini bilmir. "Bu suala dəqiq cavab yoxdur", – deyə klubun baş direktoru Tyaqu Skuro bildirib.
Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi dekabr ayından bəri baldır əzələsindən aldığı zədədən sonra bərpa olunur və hələ də məşqlərə qayıtmayıb.
Poqba ötən ilin yayında dopinqə görə 18 aylıq diskvalifikasiyadan sonra "Monako" ilə müqavilə imzalamışdı. O vaxtdan bəri Liqa 1-də üç oyunda əvəzetmədən meydana çıxaraq ümumilikdə cəmi 30 dəqiqə oynayıb.
"Monako" Poqbanı Çempionlar Liqasının iştirak ərizəsindən çıxarıb. Bu turnirdə komandanı PSJ ilə pley-off oyunları gözləyir.
saytlarin hazirlanmasi
